Rusiyanın Krasnodar şəhərində pilotsuz uçuş aparatına (PUA) aid qalıqların özəl uşaq mərkəzinin ərazisinə düşməsi ağır nəticələrə səbəb olub. Hadisə nəticəsində iki uşaq həyatını itirib, daha yeddi uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Army.az xəbər verir ki, hadisə Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nın hücumu zamanı baş verib. Bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev açıqlama verib.
Onun bildirdiyinə əsasən, aparatın qalıqlarının uşaq mərkəzinin ərazisinə düşməsi nəticəsində iki azyaşlı ölüb. Yaralanan yeddi uşağa hazırda tibbi yardım göstərilir.
Hadisə zamanı iki yetkin şəxsin də xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi qeyd olunub.
