Ev DünyaABŞ çip idxalından imtina edir? Tramp planını açıqladı

ABŞ çip idxalından imtina edir? Tramp planını açıqladı

by Baş Redaktor
26 Baxış

ABŞ Prezidenti Donald Tramp ölkəsinin yaxın gələcəkdə xaricdən çip tədarükünə olan ehtiyacını minimuma endirəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, administrasiyanın əsas hədəflərindən biri yarımkeçirici istehsalının yenidən ABŞ-a yönəldilməsidir.

Onun sözlərinə görə, ölkədə, xüsusilə Arizona ştatında iri həcmli çip istehsalı müəssisələrinin tikintisi davam edir. Tramp hesab edir ki, bu layihələr reallaşdıqdan sonra ABŞ xaricdən çip almağa əvvəlki qədər ehtiyac duymayacaq.

Prezident eyni zamanda dərman və tibbi avadanlıqların xaricdən gətirilməsindən asılılığın azaldılmasının da Vaşinqtonun prioritetləri sırasında olduğunu deyib.

banner

Trampın sözlərinə görə, ABŞ-da istehsal imkanlarını genişləndirməyə hazırlaşan şirkətlər arasında “Eli Lilly”, “Pfizer” və “Merck” də var. Bu şirkətlərin ölkə daxilində yeni istehsal güclərinə sərmayə yatırması ABŞ-ın yerli təchizat zəncirini gücləndirmək strategiyasının bir hissəsi kimi təqdim olunur.

Əlaqəli Yazılar Xüsusi