Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyan qeyd edib ki, hazırkı mərhələdə İrəvanın təşkilat çərçivəsində əməkdaşlığı genişləndirmək və ya fəaliyyətini intensivləşdirmək planı yoxdur.
Baş nazir KTMT daxilində Ermənistanın təşkilatdan xaric edilməsi ilə bağlı müzakirələrin aparıldığını da bildirib. O, belə bir qərarın qəbul edilməsini müsbət qarşılayacağını deyib.
Paşinyanın sözlərinə görə, Ermənistanın KTMT-dən təşkilat tərəfindən çıxarılması İrəvanı “təşkilatdan çıxmaq və ya çıxmamaq” dilemmasından da xilas etmiş olardı.
Ermənistan rəhbərinin açıqlaması İrəvanla KTMT arasında münasibətlərin gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda səslənib.
