Ev DünyaBrüsseldən Kiyevə növbəti dəstək: “Nə qədər lazım olsa, o qədər yardım edəcəyik”

Brüsseldən Kiyevə növbəti dəstək: “Nə qədər lazım olsa, o qədər yardım edəcəyik”

by Baş Redaktor
21 Baxış

Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirəcəyini və yardımın həcminin Kiyevin ehtiyaclarına uyğun müəyyənləşdiriləcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Koştan məlumat verib.

Onun sözlərinə görə, Brüssel Ukraynaya “nə qədər lazım olsa, o qədər və lazımi həcmdə” dəstək göstərmək niyyətindədir. O bildirib ki, müharibə başlayandan bəri Avropa İttifaqı Ukrayna üçün 220 milyard avrodan çox vəsait səfərbər edib.

Koşta Ukraynanın Avropaya inteqrasiya perspektivinə də toxunaraq Aİ-yə üzvlüyü ölkənin təhlükəsizliyi və uzunmüddətli demokratik sabitliyi üçün ən güclü təminatlardan biri adlandırıb.

banner

Avropa Şurasının rəhbəri həmçinin dekabr ayında razılaşdırılmış 90 milyard avroluq kredit mexanizminin həyata keçirildiyini bildirib. Vəsaitin Ukraynanın qışa hazırlığına, pilotsuz uçuş aparatlarının alınmasına və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Əlaqəli Yazılar Xüsusi