Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili barəsində aparılan korrupsiya araşdırması çərçivəsində yeni ittiham irəli sürülüb.
Army.az xəbər verir ki, Qaribaşvili bir qrup şəxslə əvvəlcədən razılaşaraq xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.
Gürcüstan baş prokurorunun müavini Amiran Quluaşvilinin bildirdiyinə görə, yeni epizod üzrə ifadə verən şəxslər arasında hazırda həbsdə olan keçmiş müdafiə naziri Juanaşer Burçuladze də var.
İstintaq çərçivəsində daha bir mühüm addımın iyul ayında atıldığı bildirilib. Belə ki, Burçuladzenin qaynı Vasil Mxeidze istintaqla əməkdaşlıq etmək üçün prokurorluğa müraciət edib və araşdırma üçün “tam məlumat” təqdim etdiyini bildirib.
