Ev DünyaQuterreş: İran müharibəsi supergüclərin imkanlarının sərhədlərini göstərdi

Quterreş: İran müharibəsi supergüclərin imkanlarının sərhədlərini göstərdi

by Baş Redaktor
27 Baxış

BMT-nin baş katibi Antonio Quterreş ABŞ və İsrailin İrana qarşı müharibəsinin böyük dövlətlərin hərbi və siyasi imkanlarının heç də sonsuz olmadığını nümayiş etdirdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Quterreş “Financial Times”a müsahibəsində qeyd edib.

O bildirib ki, son hadisələr supergüclərin digər dövlətlərə istənilən şəraitdə öz iradələrini qəbul etdirmək imkanına malik olmadığını ortaya qoyub:

“Böyük dövlətlər öz güclərinin müəyyən sərhədləri olduğunu qəbul etməlidirlər”.

banner

BMT rəhbəri ABŞ-ın İrana qarşı hücumlarından sonra Tehranın qısa müddətdə geri çəkiləcəyinə dair gözləntilərin özünü doğrultmadığını deyib:

“Münaqişədən aylar sonra belə İranın müqaviməti davam edib”.

Quterreş həmçinin Tehran tərəfindən Hörmüz boğazının bağlanmasına diqqət çəkib.

Əlaqəli Yazılar Xüsusi