Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi vəzifəsinə namizədlərdən biri olan Seneqalın sabiq prezidenti Maki Sall ilə görüş keçirib.
Army.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Sall seçkiqabağı proqramını təqdim edib.
Lavrov isə Rusiyanın BMT-nin ən yüksək vəzifəsinə namizədlər qarşısında qoyduğu tələblər barədə Seneqalın sabiq prezidentinə məlumat verib.
Tərəflər, həmçinin beynəlxalq məsələlərdə BMT-nin mərkəzi rolunun qorunmasının vacibliyini təsdiqləyiblər.
