Ev DünyaBu ölkənin prezidenti istefa verdi – SƏBƏB

Bu ölkənin prezidenti istefa verdi – SƏBƏB

by Baş Redaktor
44 Baxış

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux tutduğu vəzifədən istefa etdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bu qərar dövlətə məxsus dəmir yolu layihəsi ilə bağlı maliyyə pozuntularında iştirak etməkdə ittiham olunmasından sonra verilib.

Agentliyin bildirdiyinə əsasən, Xurelsux aparılan araşdırmalara tam şəkildə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. İttihamlar Tavan-Tolqoy–Qaşuunsuxayt dəmir yolu xəttinin tikintisi üzrə keçirilən məxfi tenderlə bağlıdır. Sözügedən tenderin qalibi “Bodi Group” şirkəti olub. İlkin ehtimallara görə, layihə çərçivəsində bir sıra dövlət məmurlarına ümumilikdə 110 milyon dollar həcmində rüşvət verilib.

banner

Qeyd edək ki, noyabrın 16-da Monqolustan parlamentindəki müxalifət nümayəndələri məsələ ilə bağlı araşdırmanın şəffaf aparılması üçün prezidentin və ittihamlarda adı hallanan digər vəzifəli şəxslərin istefasını tələb ediblər.

Əlaqəli Yazılar Xüsusi