Ev Hərbi XəbərlərQalibaf: “ABŞ və İsrail bazalarının yaxınlığındakı mülki obyektlər də vurulacaq”

Qalibaf: “ABŞ və İsrail bazalarının yaxınlığındakı mülki obyektlər də vurulacaq”

by Baş Redaktor
65 Baxış

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ və İsrailin hərbi obyektlərinin ətrafında yerləşən mülki infrastrukturların da potensial hədəf kimi qiymətləndirilə biləcəyini bəyan edib.

Army.az xəbər verir ki, Qalibaf bu açıqlamanı “The New York Times” nəşrində İranın raket bazalarına yaxın ərazilərdəki bəzi mülki obyektlərin ikili təyinatlı hesab edilməsi ilə bağlı dərc olunan xəbərə münasibət bildirərkən verib.

O, “X” sosial şəbəkəsindəki paylaşımında Vaşinqton və Təl-Əvivin bu yanaşmasına eyni prinsiplə cavab veriləcəyini vurğulayıb. Qalibafın sözlərinə görə, ABŞ və İsrail hərbi bazalarının yaxınlığında yerləşən su bəndləri, limanlar və elektrik stansiyaları da ikili təyinatlı obyektlər kimi nəzərdən keçiriləcək.

İran parlamentinin sədri bildirib ki, qarşı tərəfin tətbiq etdiyi meyarlar eyni şəkildə və istisnasız olaraq ABŞ və İsrailə münasibətdə də tətbiq ediləcək.

banner

Əlaqəli Yazılar Xüsusi