Çin lideri Si Cinpin Yaxın Şərqdəki vəziyyətin sülh yolu ilə tənzimlənməsi üçün dörd maddədən ibarət plan təklif edib.
Army.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
“Plan region ölkələri arasında sülh şəraitində birgəyaşayış prinsipinin qorunmasını, dövlətlərin suverenliyinə hörməti, beynəlxalq hüququn gücləndirilməsini və təhlükəsizlik ilə inkişaf sahələrində koordinasiyanı nəzərdə tutur.
Si Cinpin bildirib ki, Fars körfəzi və ümumilikdə Yaxın Şərq ölkələri arasında münasibətlərin yaxşılaşdırılması dəstəklənməli, qarşılıqlı əməkdaşlığa əsaslanan, dayanıqlı və ümumi təhlükəsizlik arxitekturasının qurulması təşviq edilməlidir”, – deyə qeyd edilib.
