Türkiyənin müdafiə sənayesi şirkəti CTECH NATO üçün hazırladığı təhlükəsiz peyk rabitə sistemi ilə bağlı diqqətçəkən açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.
Şirkətin baş direktoru Cüneyd Fırat bildirib ki, alyansın ən mühüm imkanlarından biri hesab olunan radioelektron mübarizəyə davamlı təhlükəsiz peyk modemi CTECH tərəfindən hazırlanaraq NATO-nun istifadəsinə təqdim edilib.
Onun sözlərinə görə, NATO-nun özünə məxsus ordusu yoxdur və alyansın fəaliyyətinin əsasını komanda-idarəetmə və rabitə infrastrukturu təşkil edir. Hazırlanan sistem də məhz bu kritik rabitə ekosisteminin əsas komponentlərindən biridir.
Fırat qeyd edib ki, bu texnologiyanı dünyada yalnız iki ölkə hazırlamaq imkanına malikdir:
“Hazırladığımız radioelektron mübarizəyə davamlı təhlükəsiz peyk modemi NATO-nun istifadəsinə verilib. Bu, indiyədək Türkiyədən NATO-ya təqdim edilmiş ən yüksək texnologiyalı məhsuldur”.
