Ev DünyaƏrdoğandan BMT-yə sərt mesaj: “Dünyanın taleyini 5 ölkə müəyyən etməməlidir”

Ərdoğandan BMT-yə sərt mesaj: “Dünyanın taleyini 5 ölkə müəyyən etməməlidir”

by Baş Redaktor
33 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının mövcud sistemini tənqid edərək, dünya ölkələrinin iradəsinin beş dövlətin qərarlarından asılı olmasını ədalətsiz adlandırıb.

Army.az xəbər verir ki, bu barədə o, 9-cu İstanbul Vasitəçilik Konfransına videomüraciətində bildirib.

Ərdoğan beynəlxalq siyasətdə etimadsızlığa əsaslanan yanaşmanı qəbul etmədiklərini vurğulayıb. Onun sözlərinə görə, münaqişələrin və gərginliyin artdığı, beynəlxalq hüquqa və qurumlara inamın zəiflədiyi bir dövrdə diplomatiyadan imtina etmək olmaz.

Türkiyə lideri Rusiya ilə Ukrayna arasında əsir mübadiləsindən Afrikadakı vasitəçilik təşəbbüslərinədək müxtəlif istiqamətlərdə sülhə nail olmaq üçün səylər göstərdiklərini qeyd edib.

banner

Ərdoğan Fələstin, Livan, Sudan və digər böhranlı bölgələrdə milyonlarla insanın BMT-dən gözləntilərinin qarşılanmadığını bildirib.

“190-dan çox ölkənin iradəsinin beş ölkənin istəyindən asılı olduğu bir sistem nə ədalətlidir, nə də etimadı tam bərpa edə bilər”, – deyə Türkiyə Prezidenti vurğulayıb. O, ən çətin mübahisələrdə belə diplomatiya üçün imkanların olduğuna inandığını əlavə edib.

Əlaqəli Yazılar Xüsusi