Ev GündəmFox News: Yeni hərbi film layihəsi gündəmdədir

Fox News: Yeni hərbi film layihəsi gündəmdədir

by Baş Redaktor
34 Baxış

Hollivud ABŞ ordusunun İranda həyata keçirdiyi xilasetmə əməliyyatına əsaslanan bədii film layihəsi üzərində işləyir.

Army.az xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə 2024-cü ilin aprelində İranda qəzaya uğrayan F-15 qırıcı təyyarəsinin ekipajının xilas edilməsi üçün həyata keçirilən mürəkkəb əməliyyatla bağlıdır.

Layihənin məşhur rejissor Maykl Bay tərəfindən ekranlaşdırılacağı bildirilir. Film, jurnalist və yazıçı Mitçel Zukoff tərəfindən hazırlanacaq və yaxın zamanda yayımlanacaq kitab əsasında çəkiləcək.

banner

Maykıl Bay daha əvvəl “Pearl Harbor”, “Transformers” və “Armageddon” kimi iri büdcəli və geniş auditoriyaya yönəlmiş filmlərə rejissorluq edib.

Filmin dəqiq təqdimat tarixi açıqlanmayıb, lakin layihənin 2027-ci ilin sonundan tez ekranlara çıxmayacağı ehtimal olunur.

Əlaqəli Yazılar Xüsusi