Airbus Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus Airbus A400M Atlas nəqliyyat təyyarələrinin kəşfiyyat, müşahidə və məlumat toplama (ISR) imkanlarını genişləndirmək üçün yeni sistemlər hazırlayacaq.
Army.az xəbər verir ki, bu barədə “Airbus Defence and Space” məlumat yayıb.
Bildirilib ki, Parisdə keçirilən “Eurosatory 2026” sərgisi çərçivəsində Fransa Silahlanma Baş İdarəsi (DGA) adından OCCAR ilə strateji müqavilə imzalanıb.
“Paralel Missiya Sistemi” (PMS) adlanan modernizasiya paketi A400M təyyarələrinə çoxməqsədli ISR qabiliyyətləri qazandırmağı hədəfləyir.
