Ev DünyaHörmüz boğazı yaxınlığında insident: Tankerdən partlayış səsləri eşidildi

Hörmüz boğazı yaxınlığında insident: Tankerdən partlayış səsləri eşidildi

by Baş Redaktor
36 Baxış

Hörmüz boğazından hərəkət edən neft tankerinin kapitanı səfər zamanı ardıcıl iki partlayış səsi eşitdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinə (UKMTO) istinadən məlumat yayılıb. Bildirilib ki, hadisə Omanın Kumzar bölgəsindən cənub-şərq istiqamətində, təxminən doqquz dəniz mili məsafəsində qeydə alınıb.

Məlumata əsasən, partlayış səslərinə baxmayaraq, gəmi heyəti arasında xəsarət alan olmayıb və ekipajın təhlükəsizliyi təmin edilib.

UKMTO hadisənin nəzarətdə saxlanıldığını və vəziyyətin monitorinqinin davam etdirildiyini açıqlayıb.

banner

Əlaqəli Yazılar Xüsusi