Avqustun 10-da Kolumbiyada qeydə alınan 7,4 maqnitudalı güclü zəlzələ ciddi dağıntı və insan tələfatına səbəb olub.
Army.az xəbər verir ki, bu barədə “Blu Radio” məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb.
Fəlakətin təsirləri bununla məhdudlaşmayıb. Məlumata əsasən, 3 971 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 379 nəfərin isə taleyi hələ də məlum deyil və onlar itkin hesab olunur.
Ən çox insan itkisi Kali şəhərində qeydə alınıb. Burada zəlzələ nəticəsində 96 nəfərin həyatını itirdiyi bildirilir.
