Ev Hərbi Xəbərlər“Rusiya istənilən halda qalib gələcək” – ABŞ

“Rusiya istənilən halda qalib gələcək” – ABŞ

by Baş Redaktor
54 Baxış

Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raket tələbinin ölkəni qarşıdakı qışda mümkün ağır vəziyyətdən xilas etməyəcəyi bildirilib.

Army.az xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Ukrayna Prezidenti Volodimir Zelenskinin bununla bağlı müraciətini sosial şəbəkədə şərh edib.

Devis hesab edir ki, ABŞ-ın arsenalında olan bütün PAC-3 tipli ələkeçirici raketlərin Kiyevə verilməsi belə Ukrayna səmasının qış aylarında tam təhlükəsizliyinə zəmanət verməyəcək.

Keçmiş hərbçinin fikrincə, Qərbin Kiyevə silah tədarükünü davam etdirməsi münaqişənin nəticəsini dəyişmək əvəzinə, Ukrayna üçün itkilərin daha da artmasına gətirib çıxara bilər.

banner

Devis Rusiyanın nəticə etibarilə müharibədə üstün gələcəyini iddia edib. Onun sözlərinə görə, əsas sual artıq bunun baş verib-verməyəcəyi deyil, prosesin tərəflər üçün hansı miqyasda itkilərlə nəticələnəcəyidir.

Əlaqəli Yazılar Xüsusi