“ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsinin müvəqqəti dayandırılmasından sonra Pakistan İrandan daha sərfəli qiymətlərlə neft və təbii qaz idxalı imkanlarını araşdırır”.
Army.az xəbər verir ki, bunu Pakistanın neft naziri Əli Pərviz Malik deyib.
Nazirin sözlərinə görə, yaranmış şərait İslamabada İranla enerji əməkdaşlığını həm iqtisadi, həm də texniki baxımdan yenidən qiymətləndirmək imkanı verib.
Bu açıqlama ABŞ administrasiyasının İrana qarşı bəzi məhdudiyyətləri müvəqqəti yumşaltması fonunda səsləndirilib. Bildirilir ki, bunun ardınca regionun bir sıra dövlətləri də Tehranla iqtisadi əlaqələrin bərpası perspektivlərini nəzərdən keçirməyə başlayıblar.
