Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə İran Prezidenti Məsud Pezeşkianla görüş keçirib.
Army.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Görüş zamanı Putin Rusiya-İran münasibətlərinin müxtəlif istiqamətlər üzrə sabit şəkildə inkişaf etdiyini bildirib.
Rusiya lideri iki ölkə arasında humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Putin, həmçinin İran prezidentindən ölkənin Ali Lideri Müctəba Xameneiyə salamlarını çatdırmasını xahiş edib.
