Ev Hərbi XəbərlərRusiya: son saatlarda 10 yeni dron zərərsizləşdirildi

Rusiya: son saatlarda 10 yeni dron zərərsizləşdirildi

by Baş Redaktor
34 Baxış

Moskva istiqamətində yönələn pilotsuz uçuş aparatlarının ümumi sayı 80-ə çatıb. Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bütün dronların zərərsizləşdirildiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında qeyd edib.

O bildirib ki, son 40 dəqiqə ərzində — saat 09:20-dən 10:00-dək — paytaxta doğru uçan daha 10 dron vurulub. Bundan əvvəl isə günün əvvəlindən 70 dronun məhv edildiyi bildirilmişdi.

Rəsmi məlumata görə, qalıqların düşdüyü ərazilərdə fövqəladə xidmətlər işləyir və vəziyyət nəzarətdə saxlanılır.

banner

Əlaqəli Yazılar Xüsusi