Ev Hərbi XəbərlərKaribdə əməliyyat: 2 nəfər həlak oldu

Karibdə əməliyyat: 2 nəfər həlak oldu

by Baş Redaktor
20 Baxış

ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir gəmini hədəf alıb.

Army.az-ın xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirib ki, kəşfiyyat həmin gəminin bölgədə tanınan narkotik marşrutları üzrə hərəkət etdiyini və qaçaqmalçılıq fəaliyyəti üçün istifadə olunduğunu təsdiqləyib.

Əməliyyat nəticəsində iki nəfərin öldüyü, altı nəfərin isə sağ qaldığı qeyd olunub. Komandanlıq əlavə edib ki, hadisə barədə ABŞ Sahil Mühafizəsinə dərhal məlumat verilib və axtarış-xilasetmə sistemi işə salınıb.

Əlaqəli Yazılar Xüsusi