Ev DünyaŞahzadə Harri ailəsi ilə 6 ildən sonra Britaniyaya qayıtdı

Şahzadə Harri ailəsi ilə 6 ildən sonra Britaniyaya qayıtdı

by Baş Redaktor
37 Baxış

Böyük Britaniya kralı III Çarlzın oğlu Şahzadə Harri həyat yoldaşı Meqan Markl və övladları Arçi ilə Lilibetlə birlikdə ABŞ-dan Böyük Britaniyaya qayıdıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ailənin Kaliforniyadan yola düşən şəxsi təyyarəsi Birmingem Beynəlxalq Hava Limanına enib. Məlumata görə, Sasseks hersoqu və hersoginyası Britaniyada uzunmüddətli qalmağı planlaşdırır və övladlarının sentyabr ayında ölkədə məktəbə başlaması gözlənilir.

Bununla belə, Harri və Meqan ABŞ-dakı evlərini saxlamaqda davam edəcəklər. Onlar həmçinin kral ailəsinin rəsmi fəaliyyətinə qayıtmayacaqlar və Britaniyada kral iqamətgahında deyil, şəxsi yaşayış yerində məskunlaşacaqlar.

banner

Xatırladaq ki, Harri və Meqan 2020-ci ildə kral ailəsinin işləyən üzvləri kimi vəzifələrindən geri çəkilərək ABŞ-a köçmüşdülər. Hazırkı qayıdışları ailənin Britaniyada altı ildən sonra ilk uzunmüddətli məskunlaşması kimi qiymətləndirilir.

Əlaqəli Yazılar Xüsusi