54
Tehranda şəhərin əsas məkanlarından birinə keçmiş ali rəhbər Əli Xameneyinin adının verilməsi planlaşdırılır.
Army.az xəbər verir ki, bu barədə Tehran Şəhər Şurasının sözçüsü Əlirza Nadəli məlumat verib.
Onun sözlərinə görə, bu addım son illərdə paytaxtda həyata keçirilən ən mühüm adlandırma qərarlarından biri olacaq.
Nadəli bildirib ki, hazırda şəhərdə bir neçə küçə və məkanın Xameneyinin adı ilə adlandırılması təklif olunub və müxtəlif variantlar araşdırılır.
