Ermənistanın Baş naziri Nikol Paşinyandan ayrılmasına baxmayaraq, Anna Akopyan qarşıdan gələn parlament seçkilərində ona səs verməyə çağırıb.
Army.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.
Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan yaxın çevrəsində açıqlama verərək bildirib ki, münasibətlərinin sona çatmasına baxmayaraq, o, Paşinyanın yenidən seçilməsini açıq şəkildə dəstəkləyir və ətrafına da eyni addımı atmağı tövsiyə edir.
“Qoy bizim münasibətlərimiz sizin baş nazirə münasibətinizə təsir etməsin. Mən öz vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və hazırkı baş nazirə birmənalı şəkildə səs verəcəyəm,” — deyə onun yaxın ətrafına istinadən nəşr qeyd edib.
