Ev Hərbi XəbərlərYəmənlə 11 ildən çox davam edən münaqişə: Səudiyyə Ərəbistanı İraqdan kömək istəyib

Yəmənlə 11 ildən çox davam edən münaqişə: Səudiyyə Ərəbistanı İraqdan kömək istəyib

by Baş Redaktor
143 Baxış

Səudiyyə Ərəbistanı Yəmənlə uzun müddətdir davam edən münaqişənin nizamlanması üçün İraqa müraciət edib.

Army.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əhd” nəşri İraqın baş nazirinin ofisinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Ər-Riyadın təşəbbüsü İraqın baş naziri Əli Falih əz-Zeydinin Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri zamanı ətraflı müzakirə olunacaq. Bağdad artıq Səudiyyə tərəfinin vasitəçilik təklifini qəbul etməyə hazır olduğunu göstərən müvafiq siqnallar alıb. Məqsəd münaqişənin daha da kəskinləşməsinin qarşısını almaqdır.

Ər-Riyadla Yəmən arasında münaqişə 11 ildən artıqdır davam edir. Son dövrlərdə isə Səudiyyə Ərəbistanının əsas obyektlərinə intensiv hücumlar fonunda vəziyyətin kritik həddə çatdığı bildirilir.

banner

Məlumata görə, hücumların hədəfləri arasında “Aramco” neft şirkətinin infrastrukturu, strateji hərbi komplekslər, dövlət obyektləri, eləcə də Ər-Riyad və ölkənin digər bölgələrindəki iri hava limanları yer alıb.

Əlaqəli Yazılar Xüsusi