Hörmüz boğazında yaranmış vəziyyət İranın milli təhlükəsizliyi baxımından ciddi məsələyə çevrilib. Tehran boğazdan keçən gəmilərin hərəkət marşrutlarının yenidən nəzərdən keçirilməsini zəruri hesab edir.
Army.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi açıqlayıb.
Onun sözlərinə görə, İran hazırda müharibə şəraitindədir və bu səbəbdən Hörmüz boğazından keçid qaydalarına dəyişiklik edilməlidir.
Qəribabadi bildirib ki, son 58 il ərzində gəmilərin Oman ərazi sularından hərəkət etməsi İrana ciddi zərər vurub. Yeni müvəqqəti razılaşmaya əsasən, Fars körfəzinə giriş marşrutu İranın, çıxış istiqaməti isə Omanın ərazi sularından keçəcək. Beləliklə, gəmilərin hər iki istiqamətdə İran sularından keçməsi nəzərdə tutulur.
İran rəsmisi yeni dəhlizin ümumi eni təxminən 7 mil olan ikitərəfli dəniz magistralı kimi fəaliyyət göstərəcəyini deyib.
Onun sözlərinə görə, bu marşrut müvəqqəti xarakter daşıyır. İran və Oman əvvəlki dənizçilik sazişini əvəz edəcək daimi marşrutla bağlı 30-60 gün ərzində razılığa gəlməlidir.
