Ev Hərbi Xəbərlər1 əsgər öldü, 6 nəfər yaralandı – Ermənistanda zabit saxlanıldı

1 əsgər öldü, 6 nəfər yaralandı – Ermənistanda zabit saxlanıldı

by Baş Redaktor
31 Baxış

Ermənistanda Çəmbərək yaxınlığında hərbi qulluqçuların yük maşını tərəfindən vurulması nəticəsində bir əsgərin öldüyü, 6 hərbçinin isə yaralandığı hadisə ilə bağlı cinayət işi açılıb. İş çərçivəsində batalyon qərargah rəisinin saxlanıldığı bildirilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, qəza baş verməzdən əvvəl hərbi hissənin yeməkxanasında əsgərlər arasında münaqişə yaşanıb. Bundan sonra zabitin onları cəzalandırmaq məqsədilə yol boyunca qaçmağa göndərdiyi iddia olunur. Qaçış zamanı hərbçiləri yük maşını vurub.

Ermənistan İstintaq Komitəsi saxlanılan şəxsin konkret vəzifəsini açıqlamayıb. Bununla belə, bir şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və ya onları aşma ilə bağlı cinayət işi başlanıb.

banner

Əlaqəli Yazılar Xüsusi