Ev DünyaPaşinyan : “Razıyam, məni dar ağacından assınlar”

Paşinyan : “Razıyam, məni dar ağacından assınlar”

by Baş Redaktor
36 Baxış

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan, eləcə də iş adamları Qaqik Sarukyan və Samvel Karapetyanın sərvətləri ilə bağlı müzakirələr fonunda sərt açıqlama verib.

Army.az xəbər verir ki, Paşinyan bildirib ki, əgər Ermənistan vətəndaşları bu şəxslərin var-dövlətlərini qanuni və zəhmətlə qazandıqlarına inanırlarsa, onları dəstəkləmək üçün küçə etirazlarına çıxa bilərlər.

“Mən bunu tam ciddi deyirəm. Əgər belə düşünürlərsə, qoy bizi inqilabla hakimiyyətdən uzaqlaşdırsınlar və özlərinin sevimli, ən layiqli hesab etdikləri Robert Köçəryanı, Serj Sərkisyanı, Samvel Karapetyanı və Qaqik Sarukyanı hakimiyyətə gətirsinlər”, – Paşinyan deyib. Onları bu hökumət binalarında yerləşdirsinlər, bizi də aparıb “Respublika” meydanında dar ağacından assınlar”, – deyə qeyd edib.

Əlaqəli Yazılar Xüsusi