Ev DünyaQətər və İran Hörmüz boğazı üçün mərhələli planı müzakirə etdi

Qətər və İran Hörmüz boğazı üçün mərhələli planı müzakirə etdi

by Baş Redaktor
55 Baxış

Qətər və İran arasında keçirilən görüşdə regional vəziyyət və Hörmüz boğazında gərginliyin azaldılması yolları müzakirə olunub.

Army.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Tərəflər görüş zamanı Hörmüz boğazı ilə bağlı mərhələli fəaliyyət planını nəzərdən keçiriblər. Təklifə gəmilərin boğazdan keçidi üçün müvəqqəti və birgə marşrutun yaradılması, həmçinin su yolunun minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsi daxildir.

Qətərin Baş naziri görüşdə qonşu ölkələrin suverenliyinə və gəmiçilik azadlığına hörmət edilməsinin vacibliyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi