Ev Texnologiya“İskəndər-1000” döyüş meydanında? Kiyevdən diqqətçəkən iddia

“İskəndər-1000” döyüş meydanında? Kiyevdən diqqətçəkən iddia

by Baş Redaktor
25 Baxış

Rusiya Silahlı Qüvvələrinin Ukraynaya zərbələr zamanı “İskəndər-1000” kimi tanınan yeni ballistik raketdən ilk dəfə istifadə etdiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı məlumat yayıb.

Ukrayna tərəfinin versiyasına görə, 9M723-2 indeksli raket yay aylarında Kiyevdəki hədəflərdən birinə endirilən zərbə zamanı tətbiq edilib. Bildirilir ki, yeni raketin “Bora-M” raket kompleksinin tərkibinə daxil olduğu ehtimal edilir.

Məlumata əsasən, təkmilləşdirilmiş mühərriklə təchiz edilən raket “İskəndər-M” operativ-taktiki raket kompleksində istifadə olunan 9M723 raketindən ölçülərinə görə daha böyükdür. Onun uçuş məsafəsinin təxminən 550 kilometr olduğu qiymətləndirilir.

banner

Əlaqəli Yazılar Xüsusi