Ev Dünyaİran : “Xameneinin öldürüləcəyini bilsəydik…”

İran : “Xameneinin öldürüləcəyini bilsəydik…”

by Baş Redaktor
65 Baxış

İran Prezidenti Məsud Pezeşkianın icra məsələləri üzrə müavini Cəfər Qaimpənah ABŞ-ın İranın Ali rəhbəri Əli Xameneiyə qarşı mümkün sui-qəsdi ilə bağlı diqqətçəkən açıqlama verib.

Army.az xəbər verir ki, bu bardəə İran mediası məlumat yayıb.

İran rəsmisi bildirib ki, əgər Tehran ABŞ-ın Xameneini öldürmək niyyətində olduğunu əvvəlcədən bilsəydi, uranın zənginləşdirilməsi fəaliyyətindən imtina edə bilərdi.

“Əgər ABŞ-ın Ali rəhbəri öldürəcəyini bilsəydik, uranın zənginləşdirilməsindən imtina edərdik. Məntiq tələb edir ki, daha az xərc hesabına əldə edilə biləcək bir məqsəd üçün böyük bədəl ödəməyək. Rəhbərin öldürülməsindən daha böyük hansı bədəl ola bilər?” – deyə Qaimpənah bildirib.

banner

O vurğulayıb ki, məsələ təkcə ayrı-ayrı şəxslərin həyatı ilə bağlı deyil, İranın bütövlüyünün və mövcudluğunun qorunması ilə əlaqədardır.

“Söhbət hamımızın öldürülməsindən getmir, söhbət İranın salamat qalmasından gedir”, – deyə İran Prezidenti Administrasiyasının rəsmisi əlavə edib.

Əlaqəli Yazılar Xüsusi