Ev DünyaABŞ-dan Tehranla əməkdaşlıq edən strukturlara xəbərdarlıq

ABŞ-dan Tehranla əməkdaşlıq edən strukturlara xəbərdarlıq

by Baş Redaktor
25 Baxış

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını daha da genişləndirməyə hazırlaşır. Vaşinqtonun planına əsasən, Tehranla maliyyə və digər əlaqələri olan qurumlara qarşı yeni sanksiyalar mütəmadi şəkildə, o cümlədən hər həftə tətbiq ediləcək.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, ilk mərhələdə diqqət bank sektoruna yönəldilib. O bildirib ki, İranın maliyyə vəsaitlərinin saxlanılmasına və Tehran hakimiyyətinə maliyyə dəstəyi göstərilməsinə imkan verən qurumlar ABŞ-nin təzyiq tədbirlərindən kənarda qalmayacaq.

Bessent qarşıdakı dövrdə sanksiyaların əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ administrasiyası İranla əlaqəli strukturlara qarşı təzyiqi mərhələli şəkildə artırmaq niyyətindədir.

banner

Əlaqəli Yazılar Xüsusi