İran ABŞ ordusunun Larak adasına endirdiyi zərbəyə sərt cavab veriləcəyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
O yerli mediaya açıqlamasında Vaşinqtonun hərəkətlərinin hərbi təcavüz kimi qiymətləndiriləcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən atılacaq istənilən yeni addım Tehranın “çox qəti” cavabı ilə qarşılaşacaq.
Qəribabadi eyni zamanda ABŞ-ın regiondakı hərbi mövcudluğuna son qoyulmasının vacibliyini vurğulayıb.
“Amerikalılar İrana qarşı təcavüzləri təkrarlamamaq üçün keçmişdə aldıqları məğlubiyyətlərdən ciddi dərs almalıdır”, – deyə İran rəsmisi bildirib.
