Ev DünyaKallas : “Müddəti bitən raketləri Ukraynaya verin”

Kallas : “Müddəti bitən raketləri Ukraynaya verin”

by Baş Redaktor
56 Baxış

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün üzv ölkələrə çağırış edib.

Army.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Kallas bildirib ki, iyul və avqust ayları Ukraynada mülki əhali üçün ən çox itkinin qeydə alındığı dövrlərdən olub:

“Rusiya hücumların miqyasını artıraraq Ukrayna əhalisinə mümkün qədər böyük zərər vurmağa və ölkənin müqavimətini zəiflətməyə çalışır. Ukraynanın müdafiəsində hazırda əsas prioritetlərdən biri hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsidir. Bəzi Avropa ölkələrinin arsenalında saxlanma müddəti yaxın zamanda başa çatacaq raket-interseptorlar mövcuddur. Onların Ukraynaya verilməsi çox yaxşı olardı ki, ölkə bu raketlərdən öz əhalisini qorumaq üçün istifadə edə bilsin”.

banner

Əlaqəli Yazılar Xüsusi