Ev DünyaErmənistanın sabiq naziri həbs edildi

Ermənistanın sabiq naziri həbs edildi

by Baş Redaktor
28 Baxış

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri, sabiq maliyyə naziri Qaqik Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri tətbiq olunub.

Army.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata əsasən, fakt Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti tərəfindən də təsdiqlənib.

Xaçatryana qarşı xüsusilə külli miqdarda rüşvət alma, çirkli pulların yuyulması və qanunsuz yollarla əmlak əldə etmə ilə bağlı ittihamlar irəli sürülüb.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları sabiq məmurun və onun oğlunun yaşadığı ünvanlarda, həmçinin Xaçatryanla əlaqəli olduğu bildirilən 20-dən çox şirkətin ofis və filiallarında axtarışlar aparıblar. Digər prosessual tədbirlərin də həyata keçirildiyi qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi