Ev DünyaZelenskidən Rusiyaya mesaj: “Müvafiq şəkildə tənzimləyəcəyik”

Zelenskidən Rusiyaya mesaj: “Müvafiq şəkildə tənzimləyəcəyik”

by Baş Redaktor
25 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son genişmiqyaslı hava hücumundan sonra Kiyevin növbəti addımlarına dair açıqlama verib.

Army.az xəbər verir ki, Zelenski Rusiyanın son hərəkətlərinin qeydə alındığını bildirib.

Onun sözlərinə görə, qarşıdakı həftə ərzində Rusiyanın hava məkanında həyata keçirilən əməliyyatlarla bağlı müvafiq qərarlar qəbul ediləcək.

“Rusiyanın son addımlarını qeydə almışıq. Gələn həftə Rusiyanın hava məkanında əməliyyatımızı müvafiq şəkildə tənzimləyəcəyik. Dron və raketlərin uçuşları səbəbindən bu hava məkanı təhlükəli vəziyyətə düşüb”, – deyə Zelenski vurğulayıb.

banner

Ukrayna lideri həmçinin bildirib ki, Kiyev diplomatik prosesə qarşı hər hansı təhlükə yaratmaq niyyətində deyil. Zelenski ölkəsinin sülhün təmin olunmasında maraqlı olduğunu qeyd edərək Rusiyanın atdığı addımların məsuliyyətsiz qalmayacağını söyləyib.

Əlaqəli Yazılar Xüsusi