Ev Hərbi XəbərlərÇin Rusiyaya hərbçilər göndərdi – Hazırlıqlar başlayır

Çin Rusiyaya hərbçilər göndərdi – Hazırlıqlar başlayır

by Baş Redaktor
12 Baxış

Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunlarının hərbçiləri Rusiyada keçiriləcək beynəlxalq minatəmizləmə təlimlərinə qatılmaq üçün ölkəyə göndərilib.

Army.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Çin hərbi heyəti sentyabrın 7-də Rusiyaya yola düşüb. Təlimlərin sentyabrın 12-dək davam edəcəyi bildirilib.

Tədbir Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin müdafiə nazirlərinin genişləndirilmiş görüşü çərçivəsində fəaliyyət göstərən ekspert işçi qrupunun təşəbbüsü ilə təşkil olunub.

banner

Bir neçə ölkənin silahlı qüvvələrinin iştirak etdiyi təlimlərin əsas məqsədi minalar və digər partlayıcı vasitələrlə çirklənmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi üzrə hazırlıq səviyyəsini artırmaqdır.

Proqram çərçivəsində mexaniki vasitələrlə minatəmizləmə, xüsusi təlim keçmiş itlərdən istifadə və kustar üsulla hazırlanmış partlayıcı qurğuların aşkarlanaraq zərərsizləşdirilməsi üzrə praktiki məşqlər keçirilir.

Əlaqəli Yazılar Xüsusi