ABŞ İranda toy mərasiminin hava hücumuna məruz qalması ilə bağlı iddianı araşdırır.
Army.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens məlumat verib.
O bildirib ki, Vaşinqton İran rəsmilərinin Kohestək limanında keçirilən toy mərasimini hədəf aldığını bildirdiyi hava hücumunu araşdırır.
Vens hadisə ilə bağlı ABŞ-ın mümkün roluna dair ehtimallara isə ehtiyatlı yanaşıb. O, şəxsən ABŞ-ın bu hadisənin baş verməsində hər hansı rolunun olması ehtimalına «bədbin» yanaşdığını deyib.
İran rəsmiləri hava hücumunun Kohestək limanında keçirilən toy mərasimini hədəf aldığını iddia ediblər. Hadisənin təfərrüatları və hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı araşdırma davam edir.
