Ev DünyaRusiyanın Trampa cavabı gecikmədi – “Bizimdir”

Rusiyanın Trampa cavabı gecikmədi – “Bizimdir”

by Baş Redaktor
14 Baxış

Rusiya senatoru Qriqori Karasin ABŞ prezidenti Donald Trampın Ayı ABŞ-ın mülkiyyəti elan etməsi ilə bağlı açıqlamasına ironik münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Karasinin sözlərinə görə, Trampın bəyanatından sonra Rusiya da Günəş sistemindəki planetləri öz ərazisi elan etməlidir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Ayı ABŞ-ın mülkiyyəti adlandırıb. Ağ Ev rəhbəri Ayın üzərində “Ay bizimdir” yazısı və ABŞ bayrağının əks olunduğu fotoşəkil də paylaşıb.

banner

Karasin Trampın bu açıqlamasını zarafata bənzədib və bildirib ki, hadisələrin real həyatda necə inkişaf edəcəyini gözləmək lazımdır.

“Əslində sadəcə gözləmək və bütün bunların praktikada necə inkişaf edəcəyinə baxmaq lazımdır. ABŞ administrasiyasından gələn bütün açıqlamaları şərh etsək, bütün bunları anlamaq üçün xüsusi siyasi-psixoloji institut yaratmaq lazım gələcək”, – deyə senator bildirib.

Əlaqəli Yazılar Xüsusi