Macarıstan hökuməti homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq məhdudlaşdıran qanunvericiliyə dəyişiklik etməyə hazırlaşır. Söhbət Viktor Orbanın rəhbərlik etdiyi hökumətin 2020-ci ildə qəbul etdiyi qaydalardan gedir.
Army.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar açıqlayıb.
Qeyd edək ki, Macarıstanda homoseksual və lezbiyan cütlüklərin övladlığa uşaq götürməsinə 2020-ci ilə qədər müəyyən şərtlərlə imkan verilirdi. Cütlüklərdən biri prosedur zamanı rəsmi olaraq subay şəxs qismində müraciət edə bilirdi.
Lakin 2020-ci ildə Orbanın rəhbərlik etdiyi sağçı “Fidesz” partiyasının təşəbbüsü ilə qaydalara dəyişiklik edildi. Yeni tələblərə əsasən, subay şəxslərin övladlığa götürmə müraciətlərinin ailə məsələləri üzrə nazir tərəfindən ayrıca təsdiqlənməsi tələb olunurdu.