Ev Hərbi XəbərlərHörmüz boğazında gəmi atəşə tutuldu

Hörmüz boğazında gəmi atəşə tutuldu

by Baş Redaktor
20 Baxış

Hörmüz boğazında hərəkətdə olan bir gəmi naməlum mərminin hücumuna məruz qalıb. Atılan mərminin gəmiyə dəydiyi bildirilir.

Army.az xəbər verir ki, hadisə gəmi strateji əhəmiyyət daşıyan Hörmüz boğazını keçdiyi zaman baş verib. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Hazırda insident nəticəsində ekipaj üzvləri arasında xəsarət alanların olub-olmaması məlum deyil. Eyni zamanda, mərminin zərbəsi nəticəsində gəmiyə dəyən zərərin miqyası və hadisənin digər mümkün nəticələri barədə açıqlama verilməyib.

Əlaqəli Yazılar Xüsusi