Ev DünyaMacarıstanda Orban dövrünün mübahisəli qanununa dəyişiklik ediləcək

Macarıstanda Orban dövrünün mübahisəli qanununa dəyişiklik ediləcək

by Baş Redaktor
42 Baxış

Macarıstan hökuməti homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq məhdudlaşdıran qanunvericiliyə dəyişiklik etməyə hazırlaşır. Söhbət Viktor Orbanın rəhbərlik etdiyi hökumətin 2020-ci ildə qəbul etdiyi qaydalardan gedir.

Army.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar açıqlayıb.

Qeyd edək ki, Macarıstanda homoseksual və lezbiyan cütlüklərin övladlığa uşaq götürməsinə 2020-ci ilə qədər müəyyən şərtlərlə imkan verilirdi. Cütlüklərdən biri prosedur zamanı rəsmi olaraq subay şəxs qismində müraciət edə bilirdi.

Lakin 2020-ci ildə Orbanın rəhbərlik etdiyi sağçı “Fidesz” partiyasının təşəbbüsü ilə qaydalara dəyişiklik edildi. Yeni tələblərə əsasən, subay şəxslərin övladlığa götürmə müraciətlərinin ailə məsələləri üzrə nazir tərəfindən ayrıca təsdiqlənməsi tələb olunurdu.

Əlaqəli Yazılar Xüsusi