Şimali Koreya lideri Kim Çen In Moskva ilə əlaqələrin daha da genişləndiriləcəyini açıqlayıb və Rusiyanın Ukrayna müharibəsində qalib gələcəyinə inandığını bildirib.
Army.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyanın yaranmasının 78-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubuna cavabında səsləndirib.
Şimali Koreya lideri Pxenyanın Rusiya ilə münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilməsinə xüsusi önəm verdiyini qeyd edib.
O, həmçinin Rusiyanın “milli maraqlarını və beynəlxalq ədaləti müdafiə etmək uğrunda müqəddəs müharibə” adlandırdığı münaqişədə qələbə qazanacağına əmin olduğunu vurğulayıb.
