Ev SiyasətMirzoyan Bakı ilə görüş planını açıqladı – Burada baş tutacaq

Mirzoyan Bakı ilə görüş planını açıqladı – Burada baş tutacaq

by Baş Redaktor
40 Baxış

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu ay Nyu-Yorkda bir araya gəlməsi gözlənilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

O, iki ölkənin xarici siyasət rəhbərləri arasında görüşün BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilməsinin planlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, görüşlə bağlı hələ yekun razılaşma əldə olunmayıb və toplantının keçirilməsi tərəflərin qrafikindən asılı olacaq. Mirzoyan mümkün görüşün gündəliyi barədə əlavə məlumat verməyib.

banner

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda fəaliyyətə başlayıb.

Əlaqəli Yazılar Xüsusi