ABŞ-ın Rusiya ilə bağlı sanksiya siyasəti Moskvanın sərt reaksiyasına səbəb olub.
Army.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı diplomatik səylərinə baxmayaraq, ABŞ-ın Rusiya üçün hələ də düşmən olaraq qaldığını bildirib.
Deputat bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasının prosedur məsələləri üzrə komitəsinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməsinə münasibət bildirərkən səsləndirib.
Juravlyovun sözlərinə görə, Vaşinqtonun son addımı ABŞ-ın “sülh səyləri”nin əsl mahiyyətini ortaya qoyur. O, Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşlərin də ABŞ-ın Rusiyaya münasibətini dəyişməyəcəyini deyib.
