Ev GündəmErmənistandan Qarabağla bağlı yeni addım: Vardanyan mədəni irsimizi də “özəlləşdirir”

Ermənistandan Qarabağla bağlı yeni addım: Vardanyan mədəni irsimizi də “özəlləşdirir”

by Baş Redaktor
52 Baxış

Ermənistanda Azərbaycanın Qarabağdakı mədəni irsinin mənimsənilməsinə hesablanan yeni layihə fəaliyyətə başlayıb.

Army.az xəbər verir ki, yeni platforma artsakhian.org saytı üzərindən fəaliyyət göstərəcək.

“Artsax mədəniyyətinin Rəqəmsal evi” adlandırılan layihə çərçivəsində Qarabağın alban və türk irsinə aid dialekt, folklor, musiqi, mərasimlər və ənənəvi biliklərlə yanaşı, müxtəlif foto, video və audio materialların toplanması nəzərdə tutulur.

Məlumata görə, həmin materiallar erməni irsi kimi təqdim edilərək rəqəmsal bazada toplanacaq.

banner

Layihə Ruben Vardanyanın təşəbbüsü ilə yaradılmış “Biz – bizim dağlarıq” İnkişaf Agentliyinin təşəbbüsü ilə hazırlanıb. Layihənin həyata keçirilməsinə Qalust Gülbenkyan Fondu dəstək göstərib.

Qeyd edək ki, layihəni maliyyələşdirən hərbi cinayətkar Ruben Vardanyan Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum olunub.

Əlaqəli Yazılar Xüsusi