Ev DünyaVens: “İranın əvvəlki hərbi imkanlarını bərpa etməsinə imkan verməyəcəyik”

Vens: “İranın əvvəlki hərbi imkanlarını bərpa etməsinə imkan verməyəcəyik”

by Baş Redaktor
30 Baxış

ABŞ-ın İranla münaqişəsi tezliklə yeni mərhələyə keçəcək.

Army.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlayıb.

“Biz gələcəyi proqnozlaşdıra bilmərik, amma düşünürəm ki, prezident bu məsələnin bir neçə aydan sonra tamamilə fərqli mərhələyə keçəcəyini deyərkən haqlıdır”, – deyə, bildirib.

Onun sözlərinə görə, birinci mərhələ – İranın nüvə proqramının və silahlı qüvvələrinin məhv edilməsi – artıq başa çatıb. İkinci mərhələ isə İranın əvvəlki imkanlarını bərpa etməsinə imkan verməmək olacaq.

banner

Qeyd edək ki, ötən həftə Tramp ABŞ və İran arasındakı münaqişənin noyabrda keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirmişdi. Eyni zamanda, o, seçkilərdən əvvəl də razılığa gəlməyin mümkünlüyünü istisna etməmişdi.

Əlaqəli Yazılar Xüsusi