ABŞ Silahlı Qüvvələri XXI əsrdə mümkün qarşıdurmaların Ay və onun ətrafındakı kosmik məkana qədər genişlənə biləcəyinə hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn müdafiə sənayesi konfransında çıxışı zamanı bildirib.
Qeyd edib ki, ölkənin hərbi qüvvələri müxtəlif qlobal münaqişə mühitlərində mübarizə aparmaq və üstünlük əldə etmək imkanına malik olmalıdır.
Generalın sözlərinə görə, söhbət dənizin dibindən başlayaraq Yerətrafı və Ayətrafı kosmik məkana qədər uzanan geniş bir sahədən gedir.
Keyn kosmosda üstünlüyün qorunmasını ABŞ ordusunun əsas prioritetlərindən biri kimi göstərib. O, Çin və Rusiyanın kosmik silahlar və ABŞ peykləri üçün təhlükə yarada biləcək digər imkanlara böyük investisiyalar yatırdığını bildirib.
