Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif ərazilərində Ukraynaya məxsus 629 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Dron hücumlarının coğrafiyası kifayət qədər geniş olub. PUA-ların Həştərxan, Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan, Smolensk və Tula vilayətləri ilə yanaşı, Krasnodar diyarı, Adıgey və Moskva vilayətlərini hədəf aldığı bildirilib.
Rusiya tərəfi həmçinin hücumların işğal olunmuş Krım, eləcə də Azov və Qara dənizlərində də qeydə alındığını qeyd edib.
