Türkiyənin Ədliyyə naziri Akın Gürlek 2028-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlama verib.
Army.az xəbər verir ki, Gürlek bu barədə Adanada Ədalət və İnkişaf Partiyasının (AK Parti) vilayət təşkilatının üzvləri ilə görüşündə danışıb.
Nazirin sözlərinə görə, 2028-ci ildə Türkiyə Prezidentinin yenidən seçilməsi üçün seçki keçiriləcək. O, seçki prosesində partiya təşkilatlarının və üzvlərinin üzərinə mühüm vəzifələrin düşəcəyini bildirib:
“2028-ci ildə hörmətli Prezidentimizi yenidən seçmək üçün bir seçki keçiriləcək. Bu məsələdə təşkilatlara, dəyərli təşkilat üzvlərinə, yol və dava yoldaşlarımıza çox mühüm məsuliyyət düşür”.
